Milli Məclisin nümayəndə heyəti Belarus Milli Kitabxanasında olub
Bakı, 13 iyun, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.
Parlament nümayəndə heyəti burada yaradılan Azərbaycana həsr olunmuş bölmə ilə də tanış olub. Milli Məclisin sədri kitabxanaya Azərbaycan dövlətçilik tarixi haqqında, həmçinin “Qarabağ: işğaldan əvvəl və işğaldan sonra” kitablarını hədiyyə edib.
Sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Azərbaycan parlament nümayəndə heyəti, həmçinin Minskdə “Horizont” Elektronika və İnnovasiyalar Mərkəzi və ilk Milli Ticarət Evi ilə də tanış olub. Burada qonaqlara Belarus istehsalı olan müxtəlif məhsullar haqqında məlumat verilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]