Media: G7 liderləri Ukraynaya hərbi yardıma çağırış edəcək
Bakı, 13 iyun, AZƏRTAC
İtaliyada keçirilən sammitdən sonra G7 liderlərinin Ukraynaya, əsasən də hava hücumundan müdafiə sahəsində hərbi yardıma çağırışları gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Birgə bəyanatda Kiyevə yardımla bağlı həmrəy olmaq vurğulanıb.
Qərb ölkələrinin fikrincə, Rusiyaya sanksiyalardan yayınmağa kömək edən Çin də daxil olmaqla üçüncü ölkələrdəki şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq ediləcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]