Saxta araq 8 nəfərin ölümünə səbəb olub
Bakı, 6 iyun, AZƏRTAC
Mərakeşin Rabat şəhəri yaxınlığındakı qəsəbələrdən birində kustar üsulla hazırlanan araqdan kütləvi zəhərlənmə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində yüzdən çox adam zəhərlənib, 8 nəfər ölüb. Xəstəxanaya yerləşdirilənlərdən 82 nəfərin vəziyyəti ağırdır. Onların arasında saxta içkini hazırlayan 2 nəfər də var. Tibbi ekspertiza intoksikasiyaya metil spirtinin (metanol) səbəb olduğunu aşkara çıxarıb.
Nəzəri olaraq Mərakeş qanunvericiliyini spirtli içki satışını qadağan etsə də, bar və restoranlarda, həmçinin böyük marketlərdə içki yarıgizli şəkildə satılır. Ötən il ölkədə kustar üsulla hazırlanan araq bir hadisədə 19, digər hadisədə isə 7 nəfərin ölümünə səbəb olub.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]