“Paris-2024”: Azərbaycan boksda ən çox lisenziya qazanan Avropa ölkələri sırasında
Bakı, 31 may, AZƏRTAC
Kişi boksçulardan ibarət Azərbaycan millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan Avropa ölkəsi adına şərik olub.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizdən başqa, hələlik meydan sahibləri və İspaniya kişilərin mübarizəsində 4 çəki ilə təmsil olunmaq hüququna yiyələnib. Rekorda sahib olan 3 ölkənin ən yaxın izləyiciləri İtaliya, Türkiyə və İrlandiyanın hesabında üç vəsiqə var.
Yığmanın heyətində Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) Fransanın paytaxtına lisenziya əldə ediblər.
Qeyd edək ki, Azərbaycan millisi Parisdə 7 çəki dərəcəsindən altısında təmsil şansını da saxlayır. Yığmanın daha iki üzvü Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində çıxışını davam etdirir. Boksçulardan Şamil Əsgərov (57 kiloqram) və Alfonso Dominges (92 kiloqram) “dördlüy”ə qoşula bilərlər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]