Rusiya aktrisası Anastasiya Zavorotnyuk vəfat edib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Rusiya aktrisası Anastasiya Zavorotnyuk vəfat edib

Bakı, 31 may, AZƏRTAC

Rusiyanın teatr və kino aktrisası, televiziya aparıcısı Anastasiya Zavorotnyuk uzun sürən xəstəlikdən sonra vəfat edib.

AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, 53 yaşlı A.Zavorotnyuk onkoloji xəstəliklə mübarizə aparıb. Aktrisa, 2019-cu ilin avqust ayından teatr tamaşalarında iştirakını dayandırıb.

“Mənim gözəl dayəm” televiziya serialı ona vaxtilə böyük populyarlıq gətirib. Ümumilikdə, A.Zavorotnyuk kino və televiziyada 40-dan çox rol oynayıb.

Aktrisa 1971-ci ildə Həştərxanda anadan olub. Anası RSFSR-nin xalq artisti Valentina Zavorotnyuk Həştərxan Gənc Tamaşaçılar Teatrında çalışıb, atası isə televiziya rejissoru olub.

Anastasiya Zavorotnyuk, Moskva İncəsənət Teatrının məktəb-studiyasını (Leontyevin Avanqard kursu) bitirib, 1993-2004-cü illərdə Oleq Tabakovun rəhbərliyi altında teatr-studiyanın aktrisası olub, orada 29 tamaşada oynayıb, 1991-ci ildə isə Vladimir Nabokovun romanı əsasında çəkilmiş “Maşenka” filmində baş rolu oynamaq üçün kinoya gəlib.

Rusiya televiziyasında A.Zavorotnyuk “Ulduzlarla rəqs”, “Buz üzərində rəqs” və “Buz dövrü” şouları da daxil olmaqla, bir neçə proqrama aparıcılıq edib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top