Gürcüstan MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək
Tbilisi, 30 may, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) qərarları sadə səs çoxluğu ilə qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, ölkə Parlamenti bununla əlaqədar Seçki Məcəlləsinə dəyişikliklər edib.
Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün yeni qanun layihəsi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası tərəfindən hazırlanıb.
Layihəyə əsasən MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək. MSK üzvlərinin 2/3 səs çoxluğunu tələb edən qərarları qəbul olunmadığı təqdirdə dərhal yenidən səsverməyə çıxarılacaq və sadə səs çoxluğu ilə qəbul ediləcək.
Bildirilir ki, bu dəyişikliyin əsas məqsədi MSK-nın işini məhdudlaşdırmaq istəyənlərə qarşı mexanizm yaratmaqdır.
Digər vacib dəyişiklik beynəlxalq və yerli ekspertlərdən, monitorinq təşkilatlarından ibarət “MSK-nın məsləhət qrupu”nun ləğvi barədə təklifdir.
Hakim partiya hesab edir ki, bu dəyişikliklər MSK-nın səmərəli fəaliyyətinə töhfə verəcək və onun işində pozuntuların qarşısını almağa kömək edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]