Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib
Vatikan, 18 may, AZƏRTAC
Müqəddəs Taxt-Tac Məryəmin heykəlləri, onun zühuru və qan damcıları olan xaçlar kimi paranormal hadisələrə ehtiyatla yanaşmağı tövsiyə edən yeni təlimat yayıb.
AZƏRTAC xəbər verir ki, Vatikanın Doktrina Bürosunun yaydığı sənəddə bu kimi hallardan fırıldaqçılıq, maddi mənfəət əldə etmə və şəxsi kult yaratmaq üçün istifadə edildiyi bildirilib. İnsanların çox diqqətli olmasının vacibliyi vurğulanıb.
Gələcəkdə saxta faktlara sitayişin qadağan edilməsi və məhdudlaşdırılması üçün addımları nəzərdə tutan qərarların qəbul olunacağı bildirilib.
Xatırladaq ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk daha əvvəl də bu cür hadisələrə şübhə ilə yanaşdığını, Məryəmin zühurunun real olmadığını bildirmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]