Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək
Bakı, 11 aprel, AZƏRTAC
Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı keçirəcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayrılacaq.
Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir
Naxçıvan, 18 may, AZƏRTAC Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq […]
-
Qarabağ Universitetinin bukleti hazırlanıb
Bakı, 18 may, AZƏRTAC 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb. Bu barədə […]
-
FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir
Bakı, 18 may, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən […]