Honkonqda çoxmərtəbəli binada yanğın olub, ölənlər və yaralananlar var
Pekin, 10 aprel, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.
AZƏRTAC Honkonq şəhər hökumətinin açıqlamasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 8 radələrində binanın birinci mərtəbəsindəki fitnes zalında başlayıb. Yanğın təxminən 2 saat yarımdan sonra söndürülsə də, qatı tüstü mənzillərə dolub və tələfata səbəb olub. Ölənlərdən biri xilas olmaq üçün yuxarı mərtəbələrdən tullanan şəxsdir. Bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ərazidə axtarış işləri aparılır, 250 sakin təxliyə edilib, təxminən 50 nəfər isə yanğınsöndürənlər gəlməzdən əvvəl özləri binanı tərk edib.
Yanğının söndürülməsinə və axtarış-xilasetmə işlərinə 210-dan çox canlı qüvvə cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi bilinməsə də, polis yanğının qəsdən törədilməsi faktını istisna etmir. Mənzillərin bəziləri hostel kimi fəaliyyət göstərdiyindən binada gecələyənlərin dəqiq sayı məlum deyil.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
BƏNZƏR MƏQALƏLƏR
-
Polis əməkdaşları itkin düşmüş şəxsləri taparaq aidiyyəti üzrə təhvil veriblər
Bakı, 18 may, AZƏRTAC Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş şəxslər tapılaraq aidiyyəti üzrə […]
-
DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər
Bakı, 18 may, AZƏRTAC Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə […]
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bakı, 18 may, AZƏRTAC Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik […]