Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan bayramı ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “İnsanların qəlbini və düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”.
BƏNZƏR MƏQALƏLƏR
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bakı, 18 may, AZƏRTAC Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik […]
-
18 May – Beynəlxalq Muzeylər Günüdür
Bakı, 18 may, AZƏRTAC Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş […]
-
“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq
Bakı, 18 may, AZƏRTAC Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə […]