AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamları həyata keçiriləcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, AZAL-ın Buxarestə reyslərinin açılması Azərbaycan və Rumıniya arasında əlaqələrin inkişafına, həmçinin turizm, mədəniyyət və biznes imkanlarının genişlənməsinə töhfə verəcək.
Buxarest Rumıniyanın paytaxtı və ən böyük şəhəri olmaqla yanaşı, ölkənin mühüm iqtisadi və mədəni mərkəzidir, eyni zamanda Cənub-Şərqi Avropanın maraqlı şəhərlərindən biridir.
Qeyd edək ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” aviaşirkəti Şərqi Avropanın daha bir böyük şəhərinə – Bolqarıstanın paytaxtı Sofiyaya uçuşları bərpa etməyi planlaşdırır. Bu istiqamətdə də reyslər həftədə iki dəfə yerinə yetiriləcək.
Aviaşirkətin www.azal.az rəsmi internet saytı və ya AZAL mobil tətbiqi vasitəsilə uçuş cədvəli ilə tanış ola və aviabiletləri əldə edə bilərsiniz.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]