Bill Qeyts: “Gələcəkdə süni intellekt asan tapşırıqları yerinə yetirə bilməyəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Microsoft”un yaradıcısı Bill Qeyts hesab edir ki, hazırda süni intellekt insanlar üçün çətin olan işləri yerinə yetirməyə qadir olsa da, gələcəkdə o, asan işlərin öhdəsindən gələ bilməyəcək.
Bu barədə Qeyts, onu Nyu-Delhidəki iqamətgahında qəbul edən Hindistanın baş naziri Narendra Modi ilə söhbəti zamanı danışıb.
Qeytsin sözlərinə görə, hazırda dünya süni intellekt texnologiyalarının inkişafının ilkin mərhələsinin şahidi olur.
“Bunlar süni intellektin inkişafının ilk günləridir. O sizin çətin hesab etdiyiniz işi görəcək, sonra isə asan hesab etdiyiniz işdə uğursuz olacaq”, – deyə Qeyts bildirib.
İş adamı etiraf edib ki, bu texnologiyaların faydası olsa da, süni intellektdən istifadə bəzi çətinliklərlə əlaqələndirilə bilər.
“Bizə elə gəlir ki, süni intellekt bizə böyük imkanlar verəcək, lakin bununla bağlı bir sıra problemlər var”, – deyə Qeyts vurğulayıb.
Mənbə: TASS
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]