Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək “X” sosial şəbəkəsində ilk paylaşımını edib.
Bu barədə “Neuralink” neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib.
“Telepathy” (şirkət) “Neuralink” implantından istifadə edərək, sadəcə, düşüncənin köməyi ilə tarixdə ilk paylaşım”, – deyə o bildirib.
Nolan Arbo “Twitter”in onu bot hesab etdiyi üçün qadağa qoyduğunu, lakin “X” və İlon Maskın onun hesabını bərpa etdiyini vurğulayıb.
Qeyd edək ki, 29 yaşlı gənc təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olub, o, çiyinlərindən aşağını hiss etmir. Hazırda Nolan öz notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə, fiqurları yenidən düzə bilir. Arbonun sözlərinə görə, o, kompüter oyunları da oynayır.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]