AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrindən biri olan Od çərşənbəsində Almatı və Astana istiqamətləri üzrə aviabiletlərə endirim təklif edir.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Xüsusi qiymətlər martın 5-də əldə edilən aviabiletlərə tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
Astana şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 169 manat, hər iki istiqamətdə 338 manat təşkil edir. Almatı şəhərinə bir tərəfə 239 manata, gediş-dönüş aviabiletlərini isə 399 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]