“Google” kosmosda zərərli emissiyaları qeydə alacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Google” zərərli emissiyaları izləmək üçün Yerin orbitinə peyk çıxaracaq.
Bu barədə ABŞ korporasiyasının rəsmi bloqunda məlumat verilib.
İşlər Ətraf Mühitin Müdafiəsi Fondu (EDF) təşkilatı ilə əməkdaşlıq çərçivəsində aparılır. Metan sızmasını aşkar etmək üçün şirkətin mütəxəssisləri Harvard və Smitson İnstitutunun alimləri ilə birlikdə “Google Cloud”a əsaslanan alqoritmlər hazırlayıblar. Süni intellekt kosmosdan neft və qaz infrastrukturu obyektlərini: boru kəmərlərini və rezervuarları avtomatik müəyyən etməyə imkan verəcək. Texnologiya istixana qazı emissiyalarının daha çox hansı qovşaqlarda baş verdiyini müəyyən etməyə kömək edəcək.
Peykin orbitə buraxılması 2024-cü ilin mart ayına planlaşdırılır. O, “SpaceX Falcon 9” raketi ilə kosmosa çatdırılacaq. Sistem dünyanın ən böyük neft və qaz bölgələrində gündə 15 dəfə metan səviyyəsini ölçəcək. Monitorinqin nəticələri ictimaiyyətə açıqlanacaq.
Mənbə: lenta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]