“İçərişəhər”in mobil tətbiqi yaradılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında mobil tətbiq yaradılacaq.
Bu barədə qurum xəbər yayıb.
Məlumata görə, idarə mobil tətbiq yaratmaqla ziyarətçilər haqqında məlumat toplamaq, onlarla geri əlaqəni təmin etmək və nəticədə data əsaslı idarəetməni, yüksəkkeyfiyyətli və sürətli xidməti təmin etmək istəyir.
Mobil tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq.
Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, hotellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Onun istifadəçi interfeysi və kontenti Azərbaycan və ingilis dillərində hazırlanacaq.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]