Bakı hava limanında Yeni il müsabiqəsi: Rahatlıq dünyasını kəşf edin!
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yola düşməzdən əvvəl komfortdan zövq almaq imkanı yaradacaq Yeni il müsabiqəsi elan edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.
Müsabiqədə 29 fevral 2024-cü il tarixinədək Bakı hava limanından səyahət etməyi planlaşdıran bütün sərnişinlər iştirak edə bilərlər.
Bunun üçün sərnişinlər hava limanının rəsmi “Instagram” səhifəsini izləməli və müvafiq postun altında şərh yazaraq iştiraklarını təsdiqləməlidirlər. Müsabiqənin qalibləri Bakı hava limanının biznes zallarının unikal üstünlüklərindən, o cümlədən istirahət və iş üçün rahat şəraitdən, müxtəlif yemək, içki və digər xidmətlərdən yararlanmaq fürsəti əldə edəcəklər.
Müsabiqə haqqında ətraflı məlumatı hava limanının sosial şəbəkələrdəki rəsmi səhifələrindən, həmçinin airport.az/az/press-release/yeni-il-musabiq-si/ linkindən əldə etmək mümkündür.
Hər kəsə xoş və komfortlu səyahət arzulayırıq!
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]