Seçki məntəqələri videokonfrans və rabitə avadanlıqları ilə təmin olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) növbədənkənar prezident seçkilərinin operativ idarə edilməsinin texniki təminatını həll etmək məqsədilə yaradılmış işçi qrupunun ilk iclası keçirilib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində XRİTDX-də etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilib. XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və “R.İ.S.K.” şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib
Müzakirələrdə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.
İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]