Teymur Həsənov: “Regional hava limanlarında xarici aviaşirkətlərin bazalaşması real perspektivdir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Teymur Həsənov: “Regional hava limanlarında xarici aviaşirkətlərin bazalaşması real perspektivdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Biz tərəfdaşlarımızın ehtiyac və gözləntilərinin təmin edilməsinə xüsusi diqqət yetirərək, nəinki keyfiyyətli yerüstü xidmət və rahatlıq, həm də əməkdaşlıq məsələlərində çeviklik təqdim edirik”.

“Trend”ə müsahibəsində regional hava limanlarının fəaliyyətinə toxunan Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov onlar üçün cəlbedici şərtlərin hazırlandığını və istismarçılara sərfəli təkliflərin təqdim edildiyini bildirib.

“Regional hava limanlarımızın xarici aviaşirkətlər üçün baza hava limanına çevrilməsi istiqamətində fəal işləyirik və bu məqsədlə “Wizz Air”, “Pegasus” və “Flynas” kimi aviaşirkətlər ilə danışıqlar aparılır”.

Teymur Həsənov, həmçinin əlavə edib ki, bu hava limanlarında xarici aviaşirkətlərin bazalaşması real perspektivdir. Burada, bir qayda olaraq, aviaşirkət orta hesabla beş təyyarə yerləşdirə bilər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top