AZAL Bakıdan Praqaya uçuşlara endirim edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Praqaya və əks istiqamətdə olan uçuşlar üçün yeni endirim kampaniyasına start verib. Bu marşrut üzrə endirimli aviabiletlər dekabrın 1-dən 7-dək satışda olacaq.
Kampaniya çərçivəsində Bakıdan Praqaya və əks istiqamətdə biletlərin qiyməti 555 manatdan başlayır. Təklif iki vaxt aralığında yerinə yetiriləcək uçuşlara şamil olunur: 12 yanvar-11 mart və 1 aprel-31 may 2024-cü il.
Bu kampaniya sərnişinlərə Praqaya səyahətin planlaşdırılması zamanı qənaət etmək və Çexiya paytaxtının gözəlliyi, mədəniyyəti ilə tanış olmaq imkanı yaradır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
AZAL-ın xüsusi təklifi ilə Praqanı görmək şansını qaçırmayın!
BƏNZƏR MƏQALƏLƏR
-
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar – Atropatenadan bu günədək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər […]
-
AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə […]
-
Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 […]