Məşhur kompüter oyunu ali təhsil fənni oldu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Filippinin paytaxtı Manilada Filippin Universiteti yanında Texnologiya Kollecində (LPU) kiberidman şöbəsi yaradılıb. Bu şöbənin təhsil proqramına “Dota 2” kompüter oyunu üzrə saatlar daxil edilib.
Təlim bakalavr proqramına uyğun olaraq həyata keçirilir. Bu dərs “Dota 2” oynamaqla yanaşı, bir sıra digər fənləri də əhatə edir. Onlardan bəziləri kiberidam menecmentinə, striminq və videooyunların dizaynına, həmçinin yaradılmasına diqqət yetirir. “Dota 2”də dərslər müxtəlif strategiyaların öyrənilməsi, eləcə də onların təcrübədə tətbiqini əhatə edəcək.
“Proqramın diqqətçəkən cəhətlərindən biri universitetin ərazisində kiberidman laboratoriya-arenasının yaradılmasıdır. O, tələbələrin kiberidman tədbirlərinin təşkili və idarə olunmasından tutmuş onlarda iştiraka qədər, oyunun dinamikası haqqında fikir əldə edə biləcəkləri cəlbedici mühit yaratmaq üçün nəzərdə tutulub”, – deyə qeyd olunub.
Həmçinin LPU-nun dünyada mütərəqqi təhsil proqramları ilə təcrübə keçirən yeganə universitet olmadığı vurğulanır. Buna misal olaraq, keçən il metakainatlar üzrə mütəxəssislər hazırlamağa başlayan Tokio Universiteti nümunə kimi göstərilir.
Mənbə: gazeta.ru
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]