Konsertlərə bilet alarkən DİQQƏTLİ olun: Erməni hakerlərdən yeni fırıldaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumları müəyyən edilib.
Bu barədə Oxu.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin qruplar müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq, sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.
“Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb-saytlarından əldə etməyə çağırırıq”, – deyə məlumatda qeyd olunur.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]