“Haber Global”dan rekord: “Sky News” və BBC-ni geridə qoydu – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Haber Global” “YouTube” kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq çox böyük bir uğura imza atıb.
Belə ki, “YouTube”un rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ”ya görə “Haber Global” ən çox baxılan “YouTube” kanalı olaraq siyahının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 mlrd baxışla “YouTube” xəbər kanalları arasında Avropada birinci olub.
İkinci yerdə 1,116 mlrd baxışla Britaniyanın köklü qurumu “Sky News” qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” bağlayır.
“Haber Global”ın Sosial Media Meneceri Əli Ağırbaş “YouTube”da kanallar arasında böyük rəqabət olduğunu vurğulayıb.
“Türkiyənin və Avropanın ən çox baxılan kanalı olmaq bizim nə dərəcədə keyfiyyətli işlər gördüyümüzü göstərir. Bu keyfiyyəti redaksiyanın istedadlı redaksiya heyəti, sosial media komandamız və xəbər mərkəzindəki redaktorlarımız təmin edirlər”, – deyə Ağırbaş əlavə edib.
Məlumata görə, “Haber Global” “YouTube” kanalını Türkiyədən əlavə ən çox izləyən ölkələr Azərbaycan, Almaniya, Rusiya, Fransa və Niderlanddır. 6 fevral tarixində Türkiyədə baş verən zəlzələləri, Rusiya-Ukrayna müharibəsi, 14-28 may prezident seçkisi və İsrail-Fələstin hadisələri “Haber Global”dan izlənilib.
İki il əvvəl “YouTube”da ən çox baxılan xəbər kanalı adını alan “Haber Global”ın artıq iki milyondan çox abunəçisi var.
“Haber Global”ın bu uğurunu bütün komanda birlikdə qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]