Maskın bir şərhi ona 75 milyon dollara başa gələ bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Amerikalı milyarder İlon Maskın şərhi reklamçılarla bağlı problemlərə görə “X” sosial şəbəkəsinə 75 milyon dollara başa gələ bilər. Buna səbəb dünyanın nəhəng brendlərinin İlon Maskın yəhudilər və Yaxın Şərq münaqişəsi ilə bağlı açıqlamalarından narazı olmasıdır.
Bu barədə “The New-York Times” “X”in daxili sənədlərinə istinadla xəbər verib.
Bildirilir ki, “Airbnb”, “Amazon”, “Coca-Cola” və “Microsoft” da daxil olmaqla 200-dən çox şirkət sosial şəbəkənin reklam xidmətlərindən artıq imtina edib, yaxud etməyi planlaşdırır.
Qeyd edək ki, Mask “X” sosial şəbəkəsində istifadəçilərdən birinin “yəhudilərin ağdərililərə qarşı nifrəti qızışdırdığı” iddiasına “Bu, əsl həqiqətdir” ifadəsi ilə razılaşdıqdan sonra qalmaqal yaranıb.
Bununla belə, amerikalı milyarder KİV-də onun antisemit olması ilə bağlı ittihamları yalan adlandırıb və bəşəriyyət üçün yalnız ən yaxşısını istədiyini əlavə edib. O, “X” sosial şəbəkəsindən əldə etdiyi gəlirin bir hissəsini İsrail xəstəxanalarına və fələstinlilərə tibbi yardım göstərən beynəlxalq humanitar təşkilata yönəldəcəyini də açıqlayıb. Həmçinin Maskın gələn həftə İsrailə səfəri planlaşdırılır. Səfər zamanı onun Prezident İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu ilə görüşü gözlənilir.
Mənbə: RT
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]