Məşhur şirkət 2024-cü ildə onlayn avtomobil satışına başlayacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ-nin “Amazon.com Inc.” şirkəti gələn il öz elektron ticarət platformasında avtomobillərin ABŞ-də satışına icazə verəcək.
Bu barədə şirkətin açıqlamasında bildirilir.
Saytda ilk olaraq Cənubi Koreyanın “Hyundai” şirkətinin avtomobilləri satışa çıxarılacaq.
Müştərilər “Amazon” saytında onlara ən yaxın olan dilerlərdən mövcud olan yeni avtomobilləri satın ala, sonra isə kredit vəsaiti də daxil olmaqla, üstünlük verdikləri ödəniş variantlarından istifadə edərək onlayn sifariş verə biləcəklər. Bundan sonra avtomobil ya alıcıya çatdırılacaq, ya da o, avtomobili dilerdən götürə biləcək.
Qeyd edək ki, “Amazon”un səhmləri cümə axşamı günü 0,3% ucuzlaşıb. Eyni zamanda avtomobillərin onlayn satışı ilə bağlı xəbərlər işlənmiş avtomobillərin onlayn satışı üzrə ixtisaslaşan “Carvana Co.” və “CarMax Inc.” şirkətlərinin qiymətli kağızlarının dəyərinin 5%-dən çox aşağı düşməsinə səbəb olub.
Mənbə: interfax.ru
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]