Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sahibkarlara verilən dövlət zəmanətli, subsidiya mexanizmli kreditlərin maksimal məbləği 4 milyon manat ola bilər”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov Bakıda keçirilən “Dayanıqlı maliyyə və investisiya” mövzusunda II Bakı Forumunda bildirib.
“Bu kreditlər maksimum 7 il müddətinə verilə bilər. Onların təxminən 90%-i üçün dövlət zəmanəti tətbiq edilir. Həmçinin kreditlər üçün maksimim 3 il olmaqla güzəşt müddəti müəyyən edilir. Güzəşt müddəti kreditin müddətinin yarısından çox olmamalıdır. İllik faiz dərəcəsi maksimum 15% olan bu kreditlərin 10%-lik hissəsi subsidiyalaşdırılacaq”, – deyə o qeyd edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]