Bakıda tən ortasında ağaclar olan yolla bağlı qurumdan AÇIQLAMA – YENİLƏNİB + VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Bakıda tən ortasında ağaclar olan yolla bağlı qurumdan AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ağaclar yeni çəkilən yolun tən ortasında saxlanılıb.

Bu yol paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində çəkilib.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.

Sakinlər ağacların saxlanılmasından narazı olmadıqlarını bildiriblər.

MTK nümayəndəsi Elşad Fətullayev isə qeyd edib ki, sözügedən yol piyadalar üçündür, maşınların keçidi üçün nəzərdə tutulmayıb.

14:44

Bakıda ağaclar yeni çəkilmiş yolun tən ortasında saxlanılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Sakinlər qeyri-adi yolun Bakının Nizami rayonunda, 8-ci kilometr qəsəbəsində, yaşayış binasının həyətində çəkildiyini qeyd ediblər.

Yolun tən ortasında saxlanılan ağaclar gediş-gəlişə mane olmaqla bərabər, onların uzun müddət sağlam qalacağı da şübhə altındadır.

Hətta videonun şərh hissəsində ağaclardan birinin artıq qurumaq təhlükəsi ilə üz-üzə olduğu bildirilib.  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məsələ ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.

 

Aysel Aslan 

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top