İZİA-da türkiyəli mütəxəssislərlə görüş keçirilib – FOTO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

İZİA-da türkiyəli mütəxəssislərlə görüş keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə noyabrın 14-də İqtisadi Zonaların İnkişafı Agentliyində (İZİA) görüş keçirilib.

İZİA-dan verilən məlumata görə, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov nümayəndə heyətinə ölkəmizdə mövcud sənaye zonaları, burada iş adamları üçün yaradılan investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib.

Kemal Koloğlu Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında, əsasən də, işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında həyata keçirilən biznes layihələrində iştirak etməkdə və müvafiq sahələrdə təcrübələrini bölüşməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində türk iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət ediliblər.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top