Mikayıl Cabbarov: “Bu il inflyasiya 10,9 faiz təşkil edib” – VİDEO – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Mikayıl Cabbarov: “Bu il inflyasiya 10,9 faiz təşkil edib” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Cari ilin doqquz ayında inflyasiya 10,9 faiz təşkil edib”.

“Trend”in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb. O qeyd edib ki, bu il ərzində qeyri-neft sektorunun ixracı 11 faiz artaraq 2,7 milyard manata çatıb.

M.Cabbarov vurğulayıb ki, xarici ticarət profisiti qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top