“WhatsApp”da yeni funksiya istifadəyə verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“WhatsApp” gizli söhbətləri parolla bloklamaq funksiyasını işə salıb.
Hələlik yenilik messencerin testerləri üçün əlçatandır.
Paroldan istifadə edərək söhbətləri parol vasitəsilə bloklamaq funksiyası “Android” üçün “WhatsApp 2.23.24.20” beta versiyasında aşkar edilib. Bu versiyanın parametrlərində istifadəçilərin söhbətləri gizlədə və bu söhbətlər üçün qoruyucu parol təyin edə biləcəyi müvafiq bölmə yaranıb.
Üstəlik, istifadə edilən parol smartfonun kilidini açmaq üçün istifadə edilən paroldan fərqli ola bilər. Bundan əlavə, gizli söhbətlərə daxil olmaq üçün üz ilə blokdan çıxarma və ya barmaq izi skanından istifadə etmək olar.
Verilən məlumata görə, yeni funksiyanın köməyi ilə istifadəçilər öz məlumatlarının qorunma səviyyəsini artıra biləcəklər. Xüsusilə, fırıldaqçılar smartfonun parolunu bilirlərsə, onu qorumaq üçün başqa paroldan istifadə edilərsə, onlar gizli yazışmalara daxil ola bilməyəcəklər.
Qeyd olunur ki, bir cihazda gizlədilən söhbətlər qoşulmuş digər qacetlərdə əlçatan olacaq.
Yenilik hazırda yalnız “WhatsApp”ın “Android” üçün beta-versiyası üçün əlçatandır və onu “Google Play”dən yükləmək mümkündür. Funksiyanın messencerin stabil yığımlarında yayılmasının vaxtı açıqlanmır.
Mənbə: “WABetaInfo” portalı
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]