XRİTDX nümayəndələri Aşqabadda beynəlxalq sərgi-konfransda iştirak ediblər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cari ilin 9-10 noyabr tarixlərində Türkmənistanın Aşqabad şəhərində informasiya təhlükəsizliyi, rabitə, rəqəmsal transformasiya, “ağıllı şəhər” texnologiyaları və innovasiyalara həsr olunmuş “TürkmenTEL-2023” adlı beynəlxalq sərgi-konfrans keçirilib. İnformasiya-kommunikasiya texnologiyaları üzrə rəhbər şəxslər, ekspertlər və innovatorların da qatıldığı, təcrübə mübadiləsi, şəbəkələşmə imkanları və əməkdaşlığın təşviq edildiyi tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini general-mayor Allahverən İsmayılovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Tədbirdə Xidmətin rəis müavini general-mayor Allahverən İsmayılov informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi, eləcə də Xidmətin digər fəaliyyət istiqamətləri haqqında çıxış edib.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyi “Türkmenaraqatnaşık” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Tədbirdə həmçinin İT həllər, yeni texnologiyalar və peyk rabitəsi, informasiya təhlükəsizliyi sahəsində əldə olunmuş ən son nailiyyətlər və tendensiyalar mövzusunda təqdimatlar, interaktiv panel müzakirələri, texniki sessiyalar və nümayişlərə də yer ayrılıb.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]