“Aframax” tipli “Zəngəzur” tankerində Azərbaycan bayrağı qaldırılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış “SA Maritime AFEZCO” Birgə Müəssisəsinə məxsus “Aframax” tipli sayca üçüncü gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan Bayrağı qaldırılıb.
Bu barədə ASCO məlumat yayıb.
Digər “Aframax” tipli tankerlər kimi, bu gəmi də Prezident İlham Əliyevin tapşırığı ilə xalqımız üçün mühüm olan tarixi torpağımızın şərəfinə adlandırılıb. Belə ki, yeni istismara verilən gəmiyə “Zəngəzur” adı verilib.
“Zəngəzur”un dedveyti də (ümumi yükgötürmə qabiliyyəti) bundan öncə istismara verilən “Şuşa” və “Qarabağ” “Aframax” tipli tankerlər kimi təxminən 115 min tondur.
“ASCO Ship Management AFEZCO” tərəfindən idarə olunacaq “Aframax” tipli bu tanker də Xəzərdənkənar sularda istismar ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi ilə alınan bu nəhəng gəmilər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək.
Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payı bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait hesabına maliyələşdirilib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]