Orxan Nəzərli: “Kölgə iqtisadiyyatı”ndakı ağardılma sürətlənib” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Orxan Nəzərli: “Kölgə iqtisadiyyatı”ndakı ağardılma sürətlənib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Təhlillər göstərir ki, Azərbaycanda “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin ağardılması sürətlənib”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Son dövrlər Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından ciddi dəyişikliklər edilib. Bu zaman əsas məqsəd daha liberal, praktiki, ünvanlı, sahibkarlığa, xüsusilə kiçik və orta biznesə dəstək verən qanunvericiliyin formalaşdırılması olub. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da böyük rol oynayıb”, – deyə o qeyd edib.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top