Tapdıq Əliyev: “Naxçıvanda son 20 ildə 187 milyon manatdan çox güzəştli kredit verilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2003-2023-cü illər ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 828 investisiya layihəsinin maliyyələşdirilməsinə 187 milyon 110 min manatdan çox güzəştli kredit verilib.
“Report” xəbər verir ki, bunu muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, kreditlərin 17,3%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 20,8%-i xidmət sahələrinin inkişafına, 61,9%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönəldilib.
“Naxçıvanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Naxçıvanda fəaliyyət göstərən bütün banklara 15 milyon manat vəsait ayrılıb. Bu vəsaitdən cari ilin 9 ayı ərzində muxtar respublikada fəaliyyət göstərən sahibkarlara 1 milyon 375 min manat güzəştli şərtlərlə kredit ayrılıb ki, bunun 450 min manatı sənayenin, 250 min manatı kənd təsərrüfatının, 675 min manatı isə xidmət sektorunun payına düşüb”, – deyə T.Əliyev əlavə edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]