Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti CERT Mərkəzinin yeni veb-saytı istifadəyə verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elektron informasiya ehtiyatı istifadəyə verilib. 2008-ci ilin 20 aprel tarixində fəaliyyətə başlamış mərkəzin vəzifəsi dövlət qurumlarında baş vermiş kiberinsidentləri araşdırmaq, təhlil etmək və qarşısını almaqdan ibarətdir.
Bu barədə Oxu.Az-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) məlumat verilib.
Bildirilib ki, CERT-in tərkibində fəaliyyət göstərən kiberəməliyyatlar mərkəzi (SOC) vasitəsilə dövlət qurumlarında informasiya təhlükəsizliyi 24/7 monitorinq edilir, dövlət informasiya sistem və ehtiyatlarında informasiya təhlükəsizliyi auditləri aparılır və “GOV.az” domen zonası üzrə inzibatçı funksiyası icra edilir.
Qeyd edək ki, 2011-ci ildən beynəlxalq CERT birliyi təşkilatlarına üzv olan və 2016-cı ildən OIC-CERT təşkilatının idarə heyətinə seçilən XRİTDX CERT Mərkəzi (CERT.gov.az) bu platformalarda ölkəmizi təmsil edir.
BƏNZƏR MƏQALƏLƏR
-
“GTA 6” oyununun buraxılış tarixi məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Take-Two Interactive” video oyun tərtibatçısı 2024-cü maliyyə ili […]
-
Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Milyarder Frenk Makkurt “TikTok”un ABŞ biznesini almaq niyyətində […]
-
Ən böyük smartfon istehsalçısının adı AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Samsung” on il ərzində bazara təxminən üç milyard […]