Samir Şərifov: “Dövlətin parkinq və cərimələrdən pul qazanmaq niyyəti yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İyulun 25-dən dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə görə yeni ödəniş məbləğlərinin tətbiqi dövlətin pul qazanmaq niyyətini daşımır.
“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında deyib.
Onun sözlərinə görə, cərimənin məqsədi hansısa düzgün olmayan fəaliyyəti müəyyən formada yasaqlamaqdır:
“Kim ki, bu qaydaları pozur, ona qarşı müəyyən cəza tədbirləri görülür. O cümlədən, parkinqlər məsələsi daha geniş bir konsepsiyanın tərkib hissəsidir. Bu konsepsiya ictimai nəqliyyatın təkmilləşdirilməsi məsələsinə xidmət edir”.
Qeyd edək ki, nazir bunu deputat Fazil Mustafanın parkinqlərlə bağlı iradına cavab olaraq bildirib.
Qeyd edək ki, hazırda küçə və yollarda Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı bildirişlər parklanma yerlərinin dövlətə məxsus olduğunu bildirir. Yəni mövcud olan və müvafiq yol nişanları ilə təmin edilən bütün küçə parklanma yerləri dövlətə məxsusdur. Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarları mülkiyyətçi özü qəbul edə bilər.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]