“Tatneft” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat naziri Mikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov arasında görüş keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görüşdə “Tatneft” PSC ilə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafından məmnunluq ifadə olunub.
Müzakirələr zamanı şirkətlə əməkdaşlığın prioritet istiqamətləri, energetika sahəsində əməkdaşlıq imkanlarına baxılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində SOCAR və “Tatneft” PSC şirkətləri arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Sənəd şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlığı nəzərdə tutur.
Yol Xəritəsini SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov imzalayıblar.
Daha sonra nümayəndə heyətinin Şuşa şəhərinə səfəri təşkil olunub.
14:47
“SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın təşkili imkanları barədə fikir mübadiləsi apardıq”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında qeyd edib.
Bildirilib ki, görüş çərçivəsində SOCAR və “Tatneft” şirkətləri arasında imzalanmış əməkdaşlığa dair yol xəritəsinin icrası tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcək.
SOCAR-ın (@SOCARofficial) prezidenti Rövşən Nəcəflə (@RovshanNajaf) birlikdə Tatneft şirkətinin baş direktoru Nail Maqanov ilə keçirdiyimiz görüşdə şirkətin ölkəmizlə əməkdaşlığının prioritet istiqamətləri, #energetika sahəsində həyata keçirilən layihələr və birgə istehsalın… pic.twitter.com/QJh22n2LD0
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 3, 2023
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]