Mikayıl Cabbarov: “Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Cari ildən etibarən “Abşeron” qaz-kondensat yatağı üzrə həm neft, həm də təbii qaz hasilatına başlanılması iqtisadi sektorun inkişafına müəyyən töhfə verəcək.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
“Buna baxmayaraq, ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir. Bu da neft hasilatında xüsusi çəkiyə malik “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə hasilatın azalma bazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir. Bu amilləri nəzərə alaraq neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7%, 2025-ci və 2026-cı illərdə isə orta hesabla 1,8% azalacağı proqnozlaşdırılır”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35% təşkil edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]