“Muğan Bank”a borc öhdəliyi olan hüquqi və fiziki şəxslərin NƏZƏRİNƏ – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib, iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Muğan Bank”ın ləğvedicisi təyin edilib.
Bununla əlaqədar olaraq, ƏSF “Muğan Bank” qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırır ki, kredit ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Muğan Bank”ın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Muğan Bank”ın baş ofisində, “e-Manat” və “mpay” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.
Xüsusi ləğvetmə hesablarının rekvizitləri:
LPO “Muğan Bank”a borc öhdəliyi olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
“Muğan Bank”ın Baş ofisi.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B. AZ1052
Əlaqə: (+994) 941.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]