Gələn həftə Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Gələn həftə Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 1-2-də Bakıda VII Beynəlxalq Bankçılıq Forumu (“IBF-2023”) keçiriləcək.

Bu barədə “Azərbaycan Banklar Assosiyasiyası” (ABA) İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, tədbir “Mastercard” beynəlxalq kart təşkilatı ilə bağlı əməkdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçiriləcək. Forumun mövzusu “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”dır.

IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top