KOBİA sədri: “İnformasiya təhlükəsizliyi sahəsində peşəkar kadrların yetişdirilməsində maraqlıyıq” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

KOBİA sədri: “İnformasiya təhlükəsizliyi sahəsində peşəkar kadrların yetişdirilməsində maraqlıyıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahibkarlıq subyektləri İnformasiya təhlükəsizliyi sahəsində tam şəffaflığa nail olacaqlar. Bu sahədə peşəkar kadrların yetişdirilməsində maraqlıyıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, KOBİA kibertəhlükəsizlik sahəsində tədris müəssisələrinin də artmasında, peşəkar kadrların yetişdirilməsində maraqlıdır:

“İnnovasiyalarla, o cümlədən İKT və kibertəhlükəsizlik sahəsində işləyən sahibkarlara KOBİA tərəfindən startap şəhadətnamələrinin verilməsi mümkündür. Startap şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilirlər. Bu sahədə fəaliyyət göstərən sahibkarlarla bağlı müxtəlif müsabiqələr də keçiriləcək. Bu müsabiqələr barədə KOBİA-nın rəsmi saytından tanış olmaq mümkündür.

Rəqəmsallaşma, xüsusilə, KOB-lar üçün çox vacibdir. Bu proseslər tam rəqəmsallaşsa, artıq sahibkarlar heç nədən şikayət etməyəcəklər. Artıq sorğular da onu göstərir ki, maliyyə məsələləri də rəqəmsallaşmalıdır. Ümumilikdə bu tədbirin bütün sahələr üçün önəmini diqqətdə saxlamaq lazımdır. Bu gün kiberhücumlardan müdafiə ilə bağlı yarışda iştirak edən komandalara uğurlar arzulayıram”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top