Əli Nağıyev: “Azərbaycan informasiya kommunikasiyaları sahəsində ən irəli pillələrdədir” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Əli Nağıyev: “Azərbaycan informasiya kommunikasiyaları sahəsində ən irəli pillələrdədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycan bu gün informasiya kommunikasiyaları sahəsində ən irəli pillələrdədir. Bu isə öz növbəsində informasiya təhlükəsizliyinin təmin edilməsini artırır”.

Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, təsadüfi deyil ki, bütün dövlətlər kritik informasiya infrastrukturunun kiberhücumlara qarşı qüvvətləndirilməsinə önəm verir:

“Kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl təşkilatlarla əməkdaşlıq gücləndirilir. İnanıram ki ölkəmizdə ilk dəfə keçirilən tədbir kibertəhlükəsizlik üzrə peşəkarların bir yerə toplanmasına və əlaqələrin qurulmasında xüsusi əhəmiyyətə malik olacaq. Burada qazanılan bilik və bacarıqlar ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsini verəcək”.

Könül Cəfərli

Mənbə: Oxu.Az

BƏNZƏR MƏQALƏLƏR

Top