Son bir ayda Azərbaycanda bank müştərilərinin sayı 125 mindən çox artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda bank müştərilərinin sayı illik müqayisədə 6,4% və ya 857 min 323 nəfər artaraq 14 milyon 340,3 min nəfər olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank müştərilərinin sayı cari ilin sentyabr ayının 1-i ilə müqayisədə 0,9% və ya 125 min 127 nəfər artıb.
Bu dövrdə bank müştəri hesablarının sayı isə illik müqayisədə 20,9% və ya 6 milyon 468,1 min ədəd artaraq 37 milyon 439,2 min ədəd təşkil edib.
Qeyd edək ki, bu dövrdə müştəri hesablarının 79,4%-ni cari hesablar (29 milyon 720,2 min), 19,8%-ni kredit hesabları (7 milyon 405,3 min), 0,8%-ni isə depozit hesabları (313,6 min) təşkil edib.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]