İşçi gələcək ilin məzuniyyətini avans olaraq götürə bilərmi? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Elə işçi var ki, məzuniyyətə çıxmır və dolayısı ilə məzuniyyət günləri toplanır. Müvafiq qanunvericiliyin tələbləri pozulmasın deyə, işəgötürən işçinin mütləq qaydada məzuniyyətə çıxmasına şərait yaradır. Elə işçi də var ki, məzuniyyət günlərini artıq bitirib. Amma işçi növbəti il üçün nəzərdə tutulan məzuniyyət hüququndan istifadə etmək istəyir.
Bəs qanun nə deyir, işçi gələcək ilin məzuniyyətini avans olaraq götürə bilərmi?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb. O bildirib ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir.
İş ili isə işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır:
“Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlamayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 113.3-cü maddəsi iş ili başlamamış əmək məzuniyyətinin istifadə olunmasını qadağan edir.
Misal. İşçi 17.11.2021-ci il tarixində işə başlayıb. Onun iş ili 17.11.2021-17.11.2022 tarixlərini əhatə edəcək.
Fərz edək ki, işçi 15.07.2022-ci il tarixində işəgötürənə müraciət edərək 17.11.2021-17.11.2022-ci və 17.11.2022-17.11.2023-ci iş illərinin məzuniyyətindən birlikdə istifadə etmək istədiyi deyir. Bu halda işəgötürən ona yalnız cari iş ilinin əmək məzuniyyətini verməlidir.
Gələcək iş ilinin məzuniyyəti isə işçi və işəgötürənin razılığına əsasən, iş ili başladıqdan, yəni 17.11.2022-ci il tarixindən sonra istifadə edilə bilər. Əgər işçi 18.11.2022-ci il tarixində iki iş ilinin əmək məzuniyyətindən istifadə etmək istəyərsə, işəgötürənin razılığı ilə bu, mümkündür”.
Könül Cəfərli
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]