Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda kişi və qadınların orta aylıq əməkhaqqı fərqi aradan qaldırılacaq.
“Report”un xəbərinə görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.
Belə ki, respublikada kişi və qadınların orta aylıq əməkhaqqı fərqliliyinin aradan qaldırılması istiqamətində məqsədyönlü islahatlar nəzərdə tutulub.
Beynəlxalq Əmək Təşkilatının ekspertləri tərəfindən ölkəmiz üçün qadınlarla kişilərin orta aylıq əməkhaqqı səviyyələri arasındakı kəskin fərqliliyin (2018-ci ildə qadınlar 360,8 manat, kişilər 670,2 manat, 2019-cu ildə qadınlar 443,4 manat, kişilər 764,8 manat, 2020-ci ildə qadınlar 525,6 manat, kişilər 830,2 manat, 2021-ci ildə qadınlar 552,2 manat, kişilər 851,7 manat) aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində və bu Məcəllədən irəli gələn normativ hüquqi aktlarda müvafiq dəyişikliklər nəzərdə tutulur.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]