“Stadler” Azərbaycanda Regional Servis Mərkəzinin yaradılmasına investisiya yatıracaq – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında dəmir yolu nəqliyyatı vasitələrinin təmiri, texniki qulluq və konsultasiya üzrə xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb.
Bu barədə ADY xəbər verir.
ADY sədri Rövşən Rüstəmov və “Stadler Rail Group” şirkətinin vitse-prezidenti Benjamin Niederhauser tərəfindən imzalanmış müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Servis Mərkəzi tikiləcək və “Stadler” şirkəti tərəfindən də mərkəzin tikintisi üçün investisiya yatırılacaq.
“Bu mərkəzin əhəmiyyəti ondan ibarətdir ki, hazırda dəmir yollarında aktiv istifadə olunan “Stadler” markalı bütün növ nəqliyyat vasitələrinin təmiri və texniki xidmət məhz burada həyata keçiriləcək. “Stadler” qatarlarına texniki dəstəyin göstərilməsi həmin nəqliyyat vasitələrinin hazırlıq əmsalının 95%-dən çox olmasını təmin edəcək. Eyni zamanda mərkəzdə ADY-nin işçi heyətinə bütün növ lokomotivlərin təmir olunması ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi baxımından dəstək və məsləhət veriləcək”, – məlumatda deyilir.
ADY bildirir ki, Azərbaycan ərazisində belə bir unikal müəssisənin yaradılması regionda qonşu ölkələrdə istismar edilən “Stadler” hərəkət tərkibinin irihəcmli təmirinin həyata keçirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, ADY tərəfindən “Stadler Rail Group” şirkətindən sifariş edilən KISS markalı ikimərtəbəli elektrik qatarları ilk dəfə Azərbaycana 2015-ci ildə gətirilib. Hazırda Azərbaycanın dəmir yollarında doqquz ədəd KISS elektrik qatarı istifadədədir.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]