Azad edilmiş ərazilərdə su elektrik stansiyalarının tikintisinin detalları AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi çərçivəsində bu günə kimi 14 yerdə su elektrik stansiyası (SES) tikilərək yenidən qurulub və hazırda 3 stansiyada işlər tamamlanır”.
“APA-Economics” xəbər verir ki, bunu “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev deyib.
Onun sözlərinə görə, hazırda 9 yerdə SES-lərin tikintisi davam edir. Eyni zamanda, həmin ərazilərdə stansiya və yarımstansiyalar bərpa edilir.
Baba Rzayev qeyd edib ki, bu günə kimi Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib və 700 km-dən artıq 330 və 110 kVt-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]