Azərbaycanda 2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5% səviyyəsində olacağı proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.
İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3% səviyyəsində gözlənilir.
“Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2%-ə qədər enəcəyi gözlənilir”, – deyə Maliyyə Nazirliyi qeyd edib.
İllik inflyasiyanın 4±2% intervalında qorunması hədəflənir.
Məlumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]