Ağdamda dəmir yolu və avtovağzal kompleksinin istifadəyə veriləcəyi tarix açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisinin 2024-cü ilin sonunadək yekunlaşacağı nəzərdə tutulub”.
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərə əhalinin geri qayıdışı, daha yaxşı quruculuğu” panelində deyib.
O bildirib ki, uzunluğu 44 kilometr olan Bərdə-Ağdam avtomobil yolu isə artıq yekunlaşmaq üzrədir:
“Ağdamda kəndlərdə və yaşayış məntəqələrində də artıq torpaq işlərinə başlanılıb və bu yaxınlarda Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanacaq. Digər kəndlər isə layihələndirmə prosesindədir”.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]