İZİA “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) III Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində öz stendi ilə iştirak edir.
İZİA-dan verilən məlumata görə, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının baş planları və hər iki sənaye parkında görülmüş işlər barədə məlumatlar verilir.
Sərgi çərçivəsində “Qarabağ iqtisadi rayonunun dirçəlişi, bərpası və yenidən qurulması” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib.
Qeyd edək ki, “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisi oktyabrın 21-dək davam edəcək.
BƏNZƏR MƏQALƏLƏR
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti […]
-
“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı start götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Dördüncü dəfə təşkil olunan “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin […]
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “Məzun günü”nə sayılı günlər qaldığından restoranlara tələbat artıb. […]